Qısa tarixi məlumat
Azərbaycan Respublikası ilə Konqo Respublikası arasında diplomatik əlaqələr 19 mart 2018-ci il tarixində qurulmuşdur. 7 fevral 2023-cü il tarixində David Maduka mənzil qərargahı Moskva şəhərində olmaqla, Konqo Respublikasının Azərbaycan Respublikasında səfiri olaraq öz etimadnamələrini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 3 aprel 2024-cü il tarixli, 75 nömrəli Sərəncam ilə Sultan Hacıyev, iqamətgahı Nayrobi şəhərində olmaqla, Azərbaycan Respublikasının Konqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
Yüksək səviyyəli qarşılıqlı səfərlər
Dövlət və hökumət başçıları:
3-5 aprel 2024-cü il – Konqo Respublikasının prezidenti cənab Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri
10-14 noyabr 2024-cü il – COP29 tədbirində iştirak məqsədiylə Konqo Respublikasının prezidenti cənab Deni Sassu-Nqessonun rəhbərik etdiyi nümayəndə heyətinin Bakıya işgüzar səfəri
Digər rəsmi səfərlər
21-26 oktyabr 2019-cu il – Azərbaycanın evsahibliyi ilə keçirilmiş Qoşulmama Hərəkatının (NAM) dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə iştirak etmək məqsədilə Konqo Respublikasının Xarici işlər, Frankofoniya və Xaricdə yaşayan Konqolularla İş üzrə naziri Jan Klod Qakossonun Bakıya işgüzar səfəri
3-7 mart 2024-cü il – Konqo Respublikasının Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi, nazir xanım Fransua Jolinin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya işgüzar səfəri
27-29 mart 2024-cü il - İki ölkə arasında potensial əməkdaşlıq istiqamətlərinin araşdırılması məqsədilə Azərbaycanın bir sıra dövlət qurumlarının (İqtisadiyyat Nazirliyi, SOCAR, AzərGold və digər.) nümayəndələrindən ibarət heyətin Brazzavilə işgüzar səfəri
2-4 iyul 2024-cü il - “Meşələrin qırılması və bərpası” mövzusunda birinci beynəlxalq konfransda iştirak məqsədiylə Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti cənab Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Brazzavilə işgüzar səfəri
7-10 oktyabr 2024-cü il – Konqo Respublikasının Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi, nazir xanım Fransua Jolinin Bakıya işgüzar səfəri
9-12 oktyabr 2024-cü il - Pre-COP29 tədbirində iştirak məqsədiylə Konqo Respublikasının Ətraf mühit, Davamlı inkişaf və Konqo hövzəsi naziri Arlet Sudan-Nononun Bakıya işgüzar səfəri
Azərbaycan Respublikası və Konqo Respublikası arasında imzalanmış sənədlər:
“Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”, Bakı şəhəri, 4 aprel 2024.
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, Bakı şəhəri, 4 aprel 2024.
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, Bakı şəhəri, 4 aprel 2024.
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu”, Bakı şəhəri, 4 aprel 2024.