Səfirlik
Səfirin müraciəti
Ceyhun Bayramov
Səfirin müraciəti

          Salam, Jambo, Botè!

          Azərbaycan Respublikasının Nayrobidəki Səfirliyinə xoş gəlmisiniz!

          Azərbaycan haqqında məlumatı olmayanlar üçün qısa bir girişlə başlayım. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini bərpa edən ölkəm beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-i işğal olunmuş, 1 milyon məcburi köçkün və qaçqının yaşadığı, müharibədən zərər çəkmiş dövlətdən regionun liderlərindən birinə çevrildiyi uzun yol qət edib. 2023-cü ildə ərazi bütövlüyünü tam bərpa edən və hazırda dünyada post-münaqişədən sonra ən böyük yenidənqurma və reabilitasiya proqramlarından birini həyata keçirən Azərbaycan özünün ənənəvi tərəfdaşlıqlarını genişləndirməklə bərabər, yeni əməkdaşlıq imkanlarından istifadə etmək üzərində də aktiv fəaliyyət aparır.

          Afrika tərəfdaşlıq və fürsətlər qitəsidir və bu regionla əməkdaşlığı bizim əsas prioritetlərimizdən birinə çevirir. İstər Keniya Respublikası, istərsə də səfirliyimizin akkreditə olunduğu Konqo Respublikası arasında diplomatik münasibətlər illər əvvəl qurulsa da, biz dinamik əlaqələrin qurulmasının maraqlı səyahətinə nisbətən yeni başlayırıq. Bir-birimizə təklif edəcəyimiz çox şey var – Masai-Maranın valehedici gözəlliyindən tutmuş yüzilliklərin İçərişəhərdəki pıçıltısına, Hind okeanı ilə əhatə olunmuş Keniya Respublikasının və Atlantik okeanı sularının yuduğu Konqo Respublikasının sahillərinin saf qumundan tutmuş Xəzər dənizi adlandırdığımız zəngin ekosistemə və rəngarəng mənzərələrə, Keniya Respublikasının savannasında aslanların və Konqo Respublikasının tropik meşələrində qorillaların nərəsindən tutmuş, Azərbaycanın paytaxtı Bakıda Formula yarış avtomobillərinin kükrəyən mühərriklərinə qədər.

          Biz Nayrobiyə 2023-cü ilin yayında gəldik və dostlarımız, həmkarlarımızla xalqlarımızın maraqları naminə mövcud əməkdaşlığın gücləndirilməsi və yeni sahələrin müəyyən edilməsi üçün birgə göstərdiyimiz səylərin ilkin nəticələri ilə qürurlanırıq.

          BMT-nin qlobal miqyasda təşkil etdiyi 2 ən böyük beynəlxalq forum olan COP29-a ötən noyabrda ev sahibliyi etmişik, digəri, Ümumdünya Şəhərsalma Forumunu isə 2026-cı ildə salamlamağı səbirsizliklə gözləyirik, elə həmin ildə Ümumdünya Ətraf Mühit Gününü də Bakı şəhəri qəbul edəcəyik.

          Əminik ki, coğrafi məsafədən asılı olmayaraq ölkələrimizin yaxınlaşa biləcəyi və yaxınlaşacağı bir çox sahələr vardır.

      Asante Sana, Koya Elamu!

    Sultan Hacıyev,

Azərbaycan Respublikasının Keniya Respublikası  və Konqo Respublikasındakı səfiri,

BMT-in Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti