Konsulluq xidməti və Viza
Viza verilməsi üçün vacib qeydlər

• Valideynsiz və ya qanuni nümayəndəsiz səyahət edən 18 yaşına çatmamış ərizəçilər üçün doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və şəxsiyyəti təsdiq edən sənədlərin surətləri tələb olunur.
• Pasportun və ya digər səyahət sənədinin etibarlılıq müddəti gözlənilən vizanın etibarlılıq müddətindən ən azı 3 ay artıq olmalıdır.
• Vizaya baxılması yalnız bütün tələb olunan sənədlər konsulluq şöbəsinə təqdim edildikdən sonra başlayır. İcra müddəti 10 günə qədərdir.
• Vizanın verilməsi üçün dövlət rüsumu Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir və viza müraciəti konsulluq tərəfindən yoxlanıldıqdan sonra Azərbaycan Səfirliyinin bank hesabına ödənilməlidir. Müraciət nəticəsindən asılı olmayaraq dövlət rüsumu geri qaytarılmır.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti