Azərbaycan və BMT-in Ətraf Mühit Proqramı (UNEP)
Qısa məlumat
-
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 18 noyabr 2022-ci il tarixli Sərəncamla Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 23 may 2023-cü il tarixli digər Sərəncam ilə Azərbaycanın Keniyadakı fövqəladə və səlahiyyətli səfir Sultan Hacıyev iqamətgahı Nayrobi şəhərində olmaqla, eyni zamanda, Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi təyin edilmişdir. 2024-cü ildə Azərbaycan Respublikası UNEP-in “Ümumdünya ətraf mühit günü”nə (WED2026) ev sahibi edəcək ölkə olaraq seçilib.
Azərbaycan və UNEP arasında səfərlər
16-18 mart 2022-ci il - UNEP-in Avropa üzrə regional ofisinin direktoru cənab Bruno Pozzinin başçılığı ilə ekoloji vəziyyəti qiymətləndirmək üçün UNEP-in Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə işgüzar səfəri
26 fevral – 1 mart 2024-cü il - UNEP-in Ətraf Mühit Assambleyasının (UNEA) 6-cı iclasında iştirak məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri, COP-29-un müəyyən edilmiş prezidenti cənab Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Nayrobiyə işgüzar səfəri
25 -28 iyun 2024-cü il - BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru xanım İnger Andersenin Azərbaycana rəsmi səfəri
13-22 noyabr 2024 cü il - BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru xanım İnger Andersenin COP29 tədbirində iştirak məqsədi ilə Bakıya işgüzar səfəri