Azərbaycan və BMT-in Məskunlaşma Proqramının (UN-HABİTAT)
Qısa məlumat
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 18 noyabr 2022-ci il tarixli Sərəncamla Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 23 may 2023-cü il tarixli digər Sərəncam ilə Azərbaycanın Keniyadakı fövqəladə və səlahiyyətli səfir Sultan Hacıyev iqamətgahı Nayrobi şəhərində olmaqla, eyni zamanda, Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi təyin edilmişdir. Azərbaycan 18-22 may 2026-cı il tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edəcəkdir. UN-Habitatın Bakı şəhərində ofisi fəaliyyət göstərir.
Azərbaycan və UN-HABİTAT arasında səfərlər
4-6 oktyabr 2022-ci il - UN-HABITAT-ın icraçı direktoru xanım Maimuna Mohd Şərifin Ağdam şəhərinə işgüzar səfəri
26-28 sentyabr 2023-cü il - UN-HABITAT-ın icraçı direktoru xanım Maimuna Mohd Şərifin Azərbaycana rəsmi səfəri
22 dekabr 2023-cü il – “Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi haqqında” Sazişin imzalanması məqsədi ilə UN-HABITAT-ın icraçı direktoru xanım Maimuna Mohd Şərifin Bakıya işgüzar səfəri
27-29 noyabr 2023-cü il - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyevin Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak ilə əlaqədar Nayrobi şəhərinə işgüzar səfəri
19-21 noyabr 2024-cü il - BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Anaklaudia Rossbaxın COP29 tədbirində iştirak məqsədilə Bakıya işgüzar səfəri