Qısa tarixi məlumat
Azərbaycan Respublikası ilə Keniya Respublikası arasında diplomatik əlaqələr 28 may 2004-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 18 noyabr 2022-ci il tarixli qanun ilə Azərbaycan Respublikasının Keniya Respublikasında Səfirliyi təsis edilmişdir. 23 may 2023-cü il tarixində Sultan Hacıyev Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
Yüksək səviyyəli qarşılıqlı səfərlər
Dövlət və hökumət başçıları:
1-3 mart 2023-cü il - Keniyanın Baş naziri, eyni zamanda, xarici və diaspora işləri naziri cənab Musalia Mudavadinin COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupunun 18-ci Sammitində iştirak məqsədi ilə Bakıya işgüzar səfəri
11-14 noyabr 2024-cü il - Keniyanın Baş naziri, eyni zamanda, xarici və diaspora işləri naziri cənab Musalia Mudavadinin COP29-da iştirakı ilə bağlı Bakıya işgüzar səfəri
Digər rəsmi səfərlər
23-26 oktyabr 2019-cu il – Qoşulmama Hərəkatının 18-ci Zirvə Toplantısının Nazirlər iclasında iştirak etmək məqsədi ilə Keniya Respublikasının Xarici İşlər Nazirinin müavini cənab Ababu Namvambaninin Bakıya işgüzar səfəri
29 fevral – 2 mart 2024-cü il - BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Ətraf Mühit Assambleyasında iştirak məqsədi ilə AR-nın Ekologiya və Təbii Sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti cənab Muxtar Babayev Nayrobiyə işgüzar səfəri
21-26 aprel 2024-cü il - Keniya Respublikasının Baş naziri Musalia Mudavadinin müşavirləri və özəl sektor təmsilçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri
11-12 iyun 2024-cü il – AR-in İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, SOCAR-ın daxil olduğu bir sıra dövlət qurumlarından ibarət nümayəndə heyətinin Nayrobiyə işgüzar səfəri
26-27 iyul 2024-cü il - COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə Keniya Prezidentinin İqlim Dəyişikliyi üzrə elçisi, Ümumafrika İqlim Danışıqçılarılar Qrupunun sədri Ali Mohammedin Bakıya işgüzar səfəri
9-12 oktyabr 2024-cü il - Keniyanın Ekologiya və İqlim Dəyişikliyi nazirinin Birinci müavini cənab Festus Nq'enonun Pre-COP tədbirdə iştirak etmək üçün Bakıya işgüzar səfəri
20-22 dekabr 2024-cü il – Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın Nayrobiyə işgüzar səfəri
2-5 fevral 2025-ci il - Azərbaycan Respublikasının Ali Məhkəmənin sədri cənab İnam Kərimovun Nayrobiyə işgüzar səfəri
1-6 aprel 2025-ci il - Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanın rəhbərlik etdiyi nümayəndə heyətinin Nayrobiyə işgüzar səfəri
8-10 aprel 2025-ci il - Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri cənab Orxan Məmmədovun Nayrobiyə işgüzar səfəri
1-3 may 2025-ci il – Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini cənab Yalçın Rəfiyevin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Keniya Respublikasının Xarici və Diaspora İşləri Nazirliyi arasında ilk siyasi məsləhətləşmələrdə iştirak məqsədi ilə Nayrobi şəhərinə səfəri
Ticarət dövriyəsi
|
İxrac İdxal (min. ABŞ dolları ilə) (min. ABŞ dolları ilə) |
| 39.05 2.594.66 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, 2024-cü il statistik məlumatlarına əsasən
Azərbaycan Respublikası və Keniya Respublikası arasında imzalanmış sənədlər
24 sentyabr 2024-cü il - “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Keniya Respublikasının Xarici və Diaspora İşləri Nazirliyi arasında ikitərəfli məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”;
29 sentyabr 2024-cü il - “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Keniya Respublikasının Dövlət Prokurorluğu arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu”