Mətbuat şərhi 09 iyun 2023

Bakı şəhəri “Ümumdünya Məskunlaşma Günü”nə ev sahibliyi edəcək

BMT-nin Məskunlaşma Proqramı (“UN-Habitat”) Assambleyasının Keniyada keçirilən 2-ci sessiyasında “Ümumdünya Məskunlaşma Günü”nün 2023-cü ildə Bakı şəhərində qeyd edilməsinə dair qərar qəbul edilmişdir. 8 iyun tarixində Nayrobi şəhərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və “UN-Habitat”-ın icraçı direktoru Maimunah Mohd Şarif tərəfindən bununla bağlı imzalanmış Niyyət Protokoluna əsasən, sözügedən beynəlxalq tədbir 2 oktyabr tarixində təşkil ediləcək.

https://arxkom.gov.az/media/xeberler/baki-seheri-umumdunya-meskunlasma-gunune-ev-sahibliyi-edecek

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti