Keniyada Azərbaycanın məhkəmə təcrübəsi barədə fikir mübadiləsi aparılıb
Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Keniya Respublikası Ali Məhkəməsinin sədri xanım Marta Koomenin dəvəti ilə fevralın 3-dən 5-dək bu ölkədə rəsmi səfərdə olub.