Konqo Prezidenti Deni Sassu-Nqesso Səngəçal terminalında olub
Azərbaycanda rəsmi səfərdə olan Konqo Prezidenti Deni Sassu-Nqesso və digər rəsmi şəxslər aprelin 5-də Səngəçal terminalında olublar. Terminalın Xəzər Enerji Mərkəzində qonaqları SOCAR-ın prezidenti Rövşən Nəcəf və BP-Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli qarşılayıblar.
https://azertag.az/xeber/konqo_prezidenti_deni_sassu_nqesso_sengechal_terminalinda_olub-2963615